×
A
A
A
Sazlamalar

Kitabxanada “Dahi maestro” adlı sərgi açılıb

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli dirijor və bəstəkar Maestro Niyazinin xatirəsinə həsr olunmuş “Dahi maestro” adlı sərgi açılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın əsərləri, fotoşəkilləri, həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş olunub.

Mədəniyyət 2022-08-19 13:10:00