×
A
A
A
Sazlamalar

Yeddi ayda 87 min tondan çox neft bitumu ixraca göndərilib

Bakı, 19 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında ölkədən 87,2 min ton neft bitumu ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 24,9 milyon ABŞ dolları olub.
Qeyd edək ki, ötən ilin müvafiq aylarında ölkədən 102,4 min ton neft bitumu ixrac edilib, ixrac edilən məhsulun dəyəri isə 20,9 milyon ABŞ dolları olub.

Neft - qaz 2022-08-19 12:05:00