×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 19 avqust, AZƏRTAC

Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 min 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.

Cəmiyyət 2022-08-19 12:03:00