×
A
A
A
Sazlamalar

Təbii qaz ixracı artıb

Bakı, 19 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında ölkədən 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 219,9 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2021-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 61,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 2 milyard 14,9 milyon dollar olub.

Neft - qaz 2022-08-19 11:59:00