Ümumi təhsil müəssisələrində direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyat davam edir
Bakı, 19 avqust, AZƏRTAC
Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə davam edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 1735 nəfər anket.edu.az portalı vasitəsilə qeydiyyatdan keçib. Qeydiyyat prosesi avqustun 22-si saat 18:00-da başa çatacaq. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə 35 sual (25 təhsil qanunvericiliyi, 5 məntiq, 5 informatika) veriləcək. Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir
Transmilli cinayət hüququnun nəzəri və praktiki problemlərinə dair monoqrafiya nəşr olunub
Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib
Azərbaycanlı alimlər riyaziyyata dair yeni elmi araşdırmalar aparıblar