×
A
A
A
Sazlamalar

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb.
Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda 3 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış komandamız bu nəticə ilə medal sıralamasında 3-cü pillədə qərarlaşıb.
Birinci yeri 17 qızıl, 5 gümüş və 4 bürünc medal qazanan Türkiyə komandası tutub. İkinci yerə isə 4 qızıl, 1 gümüş və 3 bürünc medalla Qazaxıstan yığması sahib olub.
Qeyd edək ki, Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 99 medal qazanaraq (29 qızıl, 36 gümüş və 34 bürünc medal) Türkiyə, Özbəkistan və İrandan sonra 4-cü olub.

İdman 2022-08-19 11:55:00