×
A
A
A
Sazlamalar

Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru

Bakı, 19 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin “Ümid” Xalq Çalğı Alətləri ansamblı Türkiyədə keçirilən Caspi Art 2-ci Beynəlxalq ”CA ADAGIO” musiqi yarışmasında iştirak edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, yarışmada çıxış edən “Ümid” ansamblı uğurlu ifasına görə birinci yerə layiq görülüb.

Mədəniyyət 2022-08-19 11:54:00