×
A
A
A
Sazlamalar

Moldova mətbuatı dünyaşöhrətli müğənni Müslüm Maqomayevin 80 illik yubileyindən yazıb

Kişineu, 19 avqust, AZƏRTAC

Moldova mətbuatında dünyaşöhrətli müğənni, Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar Azərbaycanda keçirilən tədbirlər geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, “NOİ”, “Publika”, “Politik”, “Promeleserti” xəbər portalları, “Canal3”, “Canal2”, “JurnalTV” telekanallarında dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyi ilə əlaqədar rumın və rus dillərində geniş materiallar yayımlanıb.
Məqalələrdə və reportajlarda dünyaşöhrətli müğənni Müslüm Maqomayevin Bakının Dənizkənarı Milli Parkında abidəsinin açılışı, dövlətimizin başçısı Prezident İlham Əliyevin açılış mərasimində çıxışı, həmçinin həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və Müslüm Maqomayevin xatirəsinə həsr olan konsert barədə danışılıb.
Bundan əlavə, Moldova mətbuatında xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər, görkəmli müğənni və bəstəkarın repertuarından səsləndirilən mahnılar və onun haqqında videoçarxlar barədə söz açılıb, o cümlədən dövlətimizin başçısı Prezident İlham Əliyevin çıxışına geniş yer verilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Mədəniyyət 2022-08-19 11:29:00