×
A
A
A
Sazlamalar

DİM-in əməkdaşları “Məsləhət Mərkəzləri”ndə abituriyentlərə kömək göstərilməsi prosesini izləyiblər

Bakı, 19 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları ali təhsil müəssisələrində fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”ndə olublar.
DİM-dən AZƏRTAC-a bildirilib ki, nümayəndələr mərkəzlərdə cari vəziyyətlə tanış olub, məsləhət və ixtisas seçimi üçün müraciət etmiş abituriyentlərə kömək göstərilməsi prosesini izləyib və tövsiyələrini veriblər.
Xatırladaq ki, abituriyentlər ixtisas seçimi ilə əlaqədar DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat universitetlərində yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
Bundan əlavə, linkdəki cədvəldə verilmiş yer və tarixlərdə müxtəlif rayon təhsil sektorlarında DİM-in əməkdaşları və RTS-nin əlaqələndiriciləri tərəfindən abituriyentlərə kömək göstərilir.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan başlanıb və 28-dək davam edəcək.

Elm və təhsil 2022-08-19 11:05:00