×
A
A
A
Sazlamalar

Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülən beşəmlərin müalicəsi davam edir

Bakı, 19 avqust, AZƏRTAC

2022-ci il avqustun 11-də dünyaya gələn beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir. İnstitutun direktoru Allahverdi Musayev və baş həkimi Azər Əhmədov və Anesteziologiya reanimasiya intensiv terapiya şöbəsinin müdiri Xalidə Mustafayeva körpələri müayinə ediblər.
AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, bütün kliniki və laborator müayinələrdən keçirilən beşəmlərin vəziyyəti hazırda birinci tay küvezdə vəziyyəti orta ağır, nəmlənmiş nazal oksigen alır, ikinci tay ağır, CPAP rejimində respirator tənəffüs dəstəyi alır, üçüncü tay orta ağır, nəmlənmiş nazal oksigen alır dördüncü və beşinci tay Süni Ventilyasiya aparatında ağciyərlərin ventilyasiyası aparılır.
Qeyd edək ki, 32-ci həftəsində doğulmuş beşəmlərin 3-ü həyatlarının birinci sutkasında ağır vəziyyətdə, digər 2-si isə həyatlarının ikinci sutkasında çox ağır vəziyyətdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüblər.

Səhiyyə 2022-08-19 10:41:00