×
A
A
A
Sazlamalar

Beşinci ixtisas qrupu üzrə müsabiqədə 4093 plan yeri nəzərdə tutulur

Bakı, 19 avqust, AZƏRTAC

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat V qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin V ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 1335, rus bölməsi üzrə 184, hər iki bölmənin birgə müsabiqəsi üzrə isə 2574 olmaqla ümumilikdə 4093 plan yeri nəzərdə tutulur. 1574 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.
Xatırladaq ki, avqustun 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək. Hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.

Elm və təhsil 2022-08-19 10:56:00