×
A
A
A
Sazlamalar

Avstraliyada 17 ölkənin iştirakı ilə hərbi təlimlər başlayıb VİDEO

Bakı, 19 avqust, AZƏRTAC
Avstraliyada 17 ölkənin hərbi hava qüvvələrinin iştirak etdiyi Pitch Black adlı hərbi təlimlər başlayıb. Təlimlərə regionun bir neçə dövləti, habelə NATO üzvləri və onların müttəfiqləri qoşulub.
AZƏRTAC xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin şimal və şimal-şərq regionlarında keçiriləcək üçhəftəlik təlimlərə Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, Sinqapur, ABŞ, Fransa, Cənubi Koreya və Yaponiya silahlı qüvvələrinin 2,5 mindən çox hərbçisi və 100-dən artıq təyyarəsi cəlb olunacaq. Miqyaslı operativ təlim olan Pitch Black çərçivəsində hava hücumundan kollektiv müdafiə üzrə taktiki tapşırıqlar yerinə yetiriləcək.
Müdafiə Nazirliyindən bildiriblər ki, bu il təlimlərə Almaniya, Cənubi Koreya və Yaponiya hərbi hava qüvvələri ilk dəfə qatılacaq. Kanada, Malayziya, Niderland, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Tailand və Filippindən isə yalnız yerüstü heyətlər iştirak edəcək.
Pitch Black təlimləri sentyabrın 8-də yekunlaşacaq.

Dünya 2022-08-19 10:28:00

Video