×
A
A
A
Sazlamalar

Qobustanda indiyədək 18 min hektar sahədə yay şumu çıxarılıb

Qobustan, 19 avqust, AZƏRTAC

Qobustan rayonunda payızlıq əkinlər üçün ciddi hazırlıq işləri görülür və hazırda hər yerdə gələcək yüksək məhsul üçün mühüm aqrotexniki tədbirlərdən olan yay şumu çıxarılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilir ki, qarşıdakı payızda 30 min hektar sahədə əkin aparılacağı proqnozlaşdırılır. Hazırda yay şumu üçün hər gün sahələrə 100-dən çox traktor çıxarılır. Rayonun bütün ərazilərində, xüsusilə daha çox payızlıq əkin aparılacaq Qobustan şəhər, Poladlı, Ərəbqədim, Təklə, Xilmilli kənd ərazi icra nümayəndəliklərində bu mühüm tədbir uğurla və mütəşəkkilliklə davam etdirilir.
Bu il rayon üzrə ümumilikdə 31 min hektar sahədə yay şumunun çıxarılması gözlənilir.

Kənd təsərrüfatı 2022-08-19 06:23:00