Avrozonada rekord inflyasiya qeydə alınıb
Roma, 19 avqust, AZƏRTAC
Avrozonada enerji və ərzaq qiymətlərinin artmağa davam etməsi ilə iyul ayında inflyasiya səviyyəsi rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, iyulda Avrozonada illik inflyasiya 8,9 faiz olub. Bu, “Eurostat” tərəfindən Avropada inflyasiya ilə bağlı məlumatların qeydiyyatının aparıldığı son 25 ildə qeydə alınan ən yüksək göstəricidir.
Avropa İttifaqında isə illik inflyasiya iyulda 9,8 faiz olub.
İnflyasiya göstəriciləri ötən ilin eyni ayı ilə müqayisədə Avrozonada 6,7 faiz, Aİ-də isə 7,3 faiz artıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir
Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir