×
A
A
A
Sazlamalar

“Disney” şirkəti “Avatar” filmini öz yayım platformasından çıxarıb

Bakı, 18 avqust, AZƏRTAC

“Disney” şirkəti Ceyms Kameronun elmi-fantastik filmi “Avatar”ı xüsusi elan etmədən öz videoyayım platformasının kataloqundan çıxarıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu qərarın səbəbi açıqlanmayıb.
“Disney+” platforması “20th Century Studios” kino şirkətinin film layihələrini müntəzəm olaraq öz kataloqundan çıxarır. Bu filmin nümayişi bütün dünyada dayandırılıb.
"Avatar" filminin təkmilləşdirilmiş yeni formada “Disney+” videoyayım platformasına yenidən qayıdacağı ehtimal olunur. Lakin güman edilir ki, bu məsələ “Avatar-2: Suyun Yolu” filminin premyerasına qədər həll olunmayacaq.
Tamaşaçılar “Avatar” filmini sentyabrın 23-dən etibarən yalnız kinoteatrlarda izləyə biləcəklər. “Avatar-2: Suyun Yolu” ekran əsərinin premyerası isə dekabrda olacaq.

Mədəniyyət 2022-08-18 23:48:00