×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 15 yanvar tarixli 7 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 26 fevral tarixli 65 nömrəli, “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 16 aprel tarixli 172 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 13 may tarixli 219 nömrəli, “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 22 avqust tarixli 365 nömrəli, “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020- ci il 17 mart tarixli 95 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiqedilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 273 nömrəli, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə” 2020-ci il 30 iyul tarixli 274 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında” 2020-ci il 18 avqust tarixli 299 nömrəli və “Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2022-ci il 6 iyun tarixli 223 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 187-VIQD nömrəli Qanununun və “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 dekabr tarixli 1213 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 yanvar tarixli 7 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 151; 2020, № 4, maddələr 477, 489, № 11, maddə 1378; 2022, № 2, maddə 184, № 3, maddə 254) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1.1.6-cı bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
1.2. 1.10-cu bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin;
1.3. 1.15-ci və 1.16-cı bəndlər ləğv edilsin;
1.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
1.5. 2.1-ci bənd ləğv edilsin;
1.6. 3.1.10-cu yarımbənddə “ali təhsil müəssisəsinin müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı ali təhsil müəssisəsinin” sözləri ilə əvəz edilsin;
1.7. 3.1.11-ci və 3.1.15-ci yarımbəndlərdə “müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
1.8. 3.1.12-ci yarımbənddə “həyata keçirmək” sözləri “göstərmək” sözü ilə əvəz edilsin;
1.9. 3.1.24-cü və 3.2.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.24.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;”;
1.10. 3.2.4-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
1.11. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
1.12. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1. ali təhsil müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2.idarəetmə orqanlarının yaradılması;
4.2.4. ali təhsil müəssisəsinin strukturunun təsdiqi;”;
1.13.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.6-1.“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
1.14. 4.6-cı bənddə “nizamnamənin təsdiqi, həmçinin bu Nümunəvi Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü” sözləri “ali təhsil müəssisəsinin rektorunun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, həmçinin bu Nümunəvi Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
1.15. 4.12-ci bəndin üçüncü və dördüncü cümlələri çıxarılsın;
1.16. 4.14.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
1.17. 4.14.5-ci yarımbənddə “əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış ali təhsil müəssisəsində isə xərclər smetasını” sözləri “daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “razılaşdırmaqla” sözündən sonra “xərclər smetasını” sözləri əlavə edilsin;
1.18. 4.14.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
1.19. 4.14.9-cu yarımbənddə “ali təhsil müəssisəsinin” sözləri “Özünün və ali təhsil müəssisəsinin digər” sözləri ilə əvəz edilsin;
1.20. 4.14.11-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
1.21. 4.14.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
1.22. 4.14.19-cu yarımbənddən “, habelə” sözü çıxarılsın;
1.23. 4.15-ci bəndin birinci və ikinci cümlələri müvafiq olaraq ikinci və üçüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Hər bir ali təhsil müəssisəsinin sayı həmin ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş prorektorları vardır.”;
1.24. 4.18-ci bəndin ikinci cümləsində “hər bir halda ali təhsil müəssisəsinin rektorunun (prorektor istisna olmaqla) əmri ilə” sözləri “ali təhsil müəssisəsinin rektorunun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.25. 4.19-cu bəndə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin;
1.26. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
1.27. 5.8-ci bəndin ikinci cümləsi çıxarılsın;
1.28. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
1.29. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
1.30. 5.14-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri” (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin;
1.31. 5.15-ci bəndin birinci cümləsində “dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir” sözləri “tənzimlənən qiymətlərə aid deyildir” sözləri ilə əvəz edilsin.
2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 361, № 10, maddə 1677; 2020, № 4, maddələr 478, 489, № 11, maddə 1378; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 fevral tarixli 60 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.7-ci bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
2.2. 1.10-cu bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin;
2.3. 1.15-ci və 1.16-cı bəndlər ləğv edilsin;
2.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
2.5. 2.1-ci bənd ləğv edilsin;
2.6. 3.1.17-ci yarımbənddə “həyata keçirmək” sözləri “göstərmək” sözü ilə əvəz edilsin;
2.7. 3.1.24-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.24.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;”;
2.8. 3.1.27-ci yarımbənddə “müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
2.9. 3.2.3-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
2.10. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
2.11. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1. peşə təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2.idarəetmə orqanlarının yaradılması;
4.2.4. peşə təhsili müəssisəsinin strukturunun təsdiqi;”;
2.12.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
“4.2.6-1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
2.13. 4.7-ci bənddə “nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü (icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi)” sözləri “bu Nizamnamənin 4.2.1 -ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
2.14. 4.15.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
2.15. 4.15.5-ci yarımbənddə “, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini, bələdiyyə tərəfindən yaradılmış peşə təhsil müəssisəsində isə xərclər smetasını” sözləri “daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə  “razılaşdırmaqla” sözündən sonra “xərclər smetasını” sözləri əlavə edilsin;
2.16. 4.15.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
2.17. 4.15.9-cu yarımbənddə “peşə təhsil müəssisəsinin” sözləri “özünün və peşə təhsili müəssisəsinin digər” sözləri ilə əvəz edilsin;
2.18. 4.15.11-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
2.19. 4.15.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
2.20. 4.15.19-cu yarımbənddən “, habelə” sözü çıxarılsın;
2.21. 4.16-cı bəndin birinci və ikinci cümlələri müvafiq olaraq ikinci və üçüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Hər bir peşə təhsili müəssisəsində sayı həmin peşə təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş direktor müavinləri vardır.”;
2.22. 4.18-ci bəndin ikinci cümləsində “hər bir halda (direktor və direktor müavinləri istisna olmaqla) peşə təhsili müəssisəsinin direktorunun əmri ilə” sözləri “peşə təhsili müəssisəsinin direktorunun əmri ilə (direktor müavinlərinin təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.23. 4.19-cu bəndə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin;
2.24. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
2.25. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
2.26. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
2.27. 5.14-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri “(o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin;
2.28. 5.15-ci bəndin ikinci cümləsində “dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir” sözləri “tənzimlənən qiymətlərə aid deyildir” sözləri ilə əvəz edilsin.
3.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 765; 2020, № 1 1, maddə 1378; 2022, № 2, maddə 184, № 3, maddə 254) ilə təsdiq edilmiş “Bakı Dövlət Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.3-cü bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
3.2. 1.6-cı bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin;
3.3. 1.11-ci və 1.12-ci bəndlər ləğv edilsin;
3.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
3.5. 2.1-ci bənd ləğv edilsin;
3.6. 3.1.10-cu yarımbənddə “Universitetin müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı ali təhsil müəssisəsinin” sözləri ilə əvəz edilsin;
3.7. 3.1.11-ci və 3.1.15-ci yarımbəndlərdə “müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
3.8. 3.1.12-ci yarımbəndə “təşkil etmək” sözlərindən sonra “və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirmək;”sözləri əlavə edilsin;
3.9.3.1.24-cü və 3.2.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1. 24.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;”;
3.10. 3.1.25-ci və 3.2.16-cı yarımbəndlərə “qanunlarından” sözündən sonra “, habelə bu Nizamnamədən” sözləri əlavə edilsin;
3.11. 3.2.4-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
3.12. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
3.13. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1. Universitetin Nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2.idarəetmə orqanlarının yaradılması;
4.2.4. Universitetin strukturunun təsdiqi;”;
3.14.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.6-1.“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
3.15. 4.3-cü bənd ləğv edilsin;
3.16. 4.4-cü bənddə “bu Nizamnamənin 4.3-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə” sözləri “təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilsin;
3.17. 4.5-ci bənddə “Nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü” sözləri “Universitetin rektorunun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, həmçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
3.18. 4.10-cu bəndin birinci, üçüncü və dördüncü cümlələri çıxarılsın;
3.19. 4.12.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
3.20. 4.12.5-ci yarımbənddə “, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə” sözləri “daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla xərclər smetasını” sözləri ilə əvəz edilsin;
3.21. 4.12.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
3.22. 4.12.9-cu yarımbənddə “Universitetin” sözü “özünün və Universitetin digər” sözləri ilə əvəz edilsin;
3.23. 4.12.11-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
3.24. 4.12.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
3.25. 4.12.19-cu yarımbənddən “, habelə” sözü çıxarılsın;
3.26. 4.13-cü bəndin birinci və ikinci cümlələri müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci və ikinci cümlələr əlavə edilsin:
“Universitetin 7 (yeddi) prorektoru vardır. Universitetin prorektorlarının sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.”;
3.27. 4.15-ci bənddə “hər bir halda Universitetin rektorunun (prorektor istisna olmaqla) əmri ilə” sözləri “Universitet rektorunun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
3.28. 4.16-cı bəndin birinci cümləsinə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
3.29. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
3.30. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
3.31. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
3.32. 5.14-cü bənddə “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri “(o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin;
3.33. 5.15-ci bəndin ikinci cümləsində “dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir” sözləri “tənzimlənən qiymətlərə aid deyildir” sözləri ilə əvəz edilsin;
3.34. 6.7-ci bənddə “bölməsi yaradıldığı halda, Himayəçilər Şurası həmin bölmənin” sözləri “bölməsinin fəaliyyətinə Himayəçilər Şurası” sözləri ilə əvəz edilsin;
3.35. 8-ci hissədən “8.1.” rəqəmləri çıxarılsın.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 may tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 953; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 182, № 3, maddə 254) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.6-cı bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
4.2. 1.9-cu bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin;
4.3. 1.14-cü və 1.15-ci bəndlər ləğv edilsin;
4.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
4.5. 2.1-ci bənd ləğv edilsin;
4.6. 3.1.14-cü və 3.2.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.24.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;”;
4.7. 3.1.15-ci bəndə “təşkil etmək” sözlərindən sonra “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərmək” sözləri əlavə edilsin;
4.8. 3.1.23-cü yarımbənddə “müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
4.9. 3.2.4-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
4.10. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
4.11. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1. orta ixtisas təhsili müəssisəsinin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2.idarəetmə orqanlarının yaradılması;
4.2.4. orta ixtisas təhsili müəssisəsinin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;”;
4.12.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.6-1.“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
4.13. 4.7-ci bənddə “nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü (icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi)” sözləri “bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
4.14. 4.11-ci bəndə “fəaliyyətinə” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;
4.15. 4.13-cü bəndin birinci və ikinci cümlələri çıxarılsın;
4.16. 4.15.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
4.17. 4.15.5-ci və 4.15.11-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
4.18. 4.15.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
4.19. 4.15.9-cu yarımbənddə “orta ixtisas təhsili müəssisəsinin” sözləri “Özünün və orta ixtisas təhsili müəssisəsinin digər” sözləri ilə əvəz edilsin;
4.20. 4.15.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
4.21. 4.15.19-cu yarımbənddən “, habelə” sözü çıxarılsın;
4.22. 4.16-cı bəndin birinci və ikinci cümlələri müvafiq olaraq ikinci və üçüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Hər bir orta ixtisas təhsili müəssisəsinin sayı həmin orta ixtisas təhsili müəssisəsinin nizamnaməsi ilə müəyyən edilən prorektorları vardır.”;
4.23. 4.17-ci bənddə “hər bir halda (direktor və direktor müavinləri istisna olmaqla) orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə” sözləri “orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə (direktor müavininin təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
4.24. 4.18-ci bəndə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
4.25. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
4.26. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
4.27. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
4.28. 5.14-cü bəndin hər iki cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri “(o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin.
5.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1470; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 184, № 3, maddə 254) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət İqtisad Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.3-cü bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
5.2. 1.6-cı bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin; 
5.3. 1.11-ci və 1.12-ci bəndlər ləğv edilsin;
5.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
5.5. 2.1-ci bənd ləğv edilsin;
5.6. 3.1.10-cu yarımbənddə “UNEC-in müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı UNEC-in” sözləri ilə əvəz edilsin;
5.7. 3.1.11-ci və 3.1.15-ci yarımbəndlərdə “müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
5.8. 3.1.12-ci yarımbəndə “təşkil etmək” sözlərindən sonra “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərmək” sözləri əlavə edilsin;
5.9. 3.1.26-cı və 3.2.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;”;
5.10. 3.1.27-ci və 3.2.16-cı yarımbəndlərə “qanunlarından” sözündən sonra “, habelə bu Nizamnamədən” sözləri əlavə edilsin;
5.11. 3.2.4-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
5.12. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
5.13. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1. UNEC-in Nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların
dəyişdirilməsi;
4.2.2. idarəetmə orqanlarının yaradılması;
4.2.4. UNEC-in strukturunun təsdiqi;”;
5.14.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.6-1.“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
5.15. 4.3-cü bənd ləğv edilsin;
5.16. 4.4-cü bənddə “Nizamnamənin 4.3-cü bəndi ilə müəyyən edilmiş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə” sözləri “təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilsin;
5.17. 4.5-ci bənddə “Nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü” sözləri “UNEC-in rektorunun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, həmçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
5.18. 4.9-cu bəndə “fəaliyyətinə” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;
5.19. 4.10-cu bəndin birinci, üçüncü və dördüncü cümlələri çıxarılsın;
5.20. 4.12.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
5.21. 4.12.5-ci yarımbənddə “, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə” sözləri “daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla xərclər smetasını” sözləri ilə əvəz edilsin;
5.22. 4.12.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
5.23. 4.12.11-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
5.24. 4.12.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
5.25. 4.13-cü bəndin birinci və ikinci cümlələri müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci və ikinci cümlələr əlavə edilsin:
“UNEC-in 7 (yeddi) prorektoru vardır. UNEC-in prorektorlarının sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.”;
5.26. 4.12.19-cu yarımbənddən “, habelə” sözləri çıxarılsın;
5.27. 4.15-ci bəndin ikinci cümləsində “hər bir halda UNEC-in rektorunun (prorektor istisna olmaqla) əmri ilə” sözləri “UNEC-in rektorunun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
5.28. 4.16-cı bəndin birinci cümləsinə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
5.29. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
5.30. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
5.31. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
5.32. 5.14-cü bənddə “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il
10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri” (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin;
5.33. 5.15-ci bəndin ikinci cümləsində “dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir” sözləri “tənzimlənən qiymətlərə aid deyildir” sözləri ilə əvəz edilsin;
5.34. 6.7-ci bənddə “bölməsi yaradıldığı halda, Himayəçilər Şurası həmin bölmənin” sözləri “bölməsinin fəaliyyətinə Himayəçilər Şurası” sözləri ilə əvəz edilsin;
5.35. 8-ci hissədən “8.1.” rəqəmləri çıxarılsın.
6.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 401 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1555; 2020, № 11, maddə 1378; 2022, № 2, maddə 182, № 3, maddə 254) ilə təsdiq edilmiş “Azərbaycan Dillər Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.3-cü bənddə “qanunlarını və” sözləri “qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;
6.2. 1.6-cı bənddə “dövlət və” sözləri “dövlət orqanları (qurumları) ilə,” sözləri ilə əvəz edilsin;
6.3. 1.11-ci və 1.12-ci bəndlər ləğv edilsin;
6.4. 2-ci hissənin adından “məqsədi və” sözləri çıxarılsın;
6.5. 2.1-ci bənd ləğv edilsin;
6.6. 3.1.10-cu yarımbənddə “Universitetin müvafiq sahədə” sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Universitetin” sözləri ilə əvəz edilsin;
6.7. 3.1.11-ci və 3.1.15-ci yarımbəndlərdə “müvafiq sahədə”
sözləri “fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
6.8. 3.1.12-ci yarımbənddə “təşkil etmək” sözləri “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərmək” sözləri ilə əvəz edilsin;
6.9. 3.1.26-cı və 3.2.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“3.1.26.“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;”;
6.10. 3.1.27-ci və 3.2.16-cı yarımbəndlərə “qanunlarından” sözündən sonra “, habelə bu Nizamnamədən” sözləri əlavə edilsin;
6.11. 3.2.4-cü yarımbənddə “ölkənin” sözü “Azərbaycan Respublika-sının” sözləri ilə əvəz edilsin;
6.12. 3.3-cü bəndin ikinci cümləsi çıxarılsın;
6.13. 4.2.1-ci, 4.2.2-ci və 4.2.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“4.2.1.Universitetin Nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.2.2.idarəetmə orqanlarının yaradılması;
4.2. 4. Universitetin strukturunun təsdiqi;”;
6.14.aşağıdakı məzmunda 4.2.2-1-ci və 4.2.6-1-ci yarımbəndlər əlavə edilsin:
“4.2.2-1. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.2.6-1.“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;”;
6.15. 4.5-ci bənddə “Nizamnamənin təsdiqi, həmçinin bu Nizamnamənin 4.2.2-ci, 4.2.4-cü” sözləri “Universitetin rektorunun vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, həmçinin bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci” sözləri ilə əvəz edilsin;
6.16. 4.9-cu bəndə “fəaliyyətinə” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;
6.17. 4.10-cu bəndin birinci, üçüncü və dördüncü cümlələri çıxarılsın;
6.18. 4.12.2-ci yarımbənddə “və təşkilatları ilə, digər yerli və beynəlxalq qurumlarla” sözləri “(qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq qurumlarla, digər hüquqi və fiziki şəxslərlə” sözləri ilə əvəz edilsin;
6.19. 4.12.5-ci yarımbənddə “, əməkhaqqı fondu və işçilərin say həddi daxilində ştat cədvəlini Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə” sözləri “daxilində əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla xərclər smetasını” sözləri ilə əvəz edilsin;
6.20. 4.12.7-ci yarımbənddə “dair” sözü “aid məsələlərlə bağlı” sözləri ilə əvəz edilsin;
6.21. 4.12.9-cu yarımbənddə “Universitetin” sözü “özünün və Universitetin digər” sözləri ilə əvəz edilsin;
6.22. 4.12.11-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
6.23. 4.12.14-cü yarımbənddə “istiqamətləri ilə” sözləri “istiqamətlərinə aid məsələlərlə” sözləri ilə əvəz edilsin;
6.24. 4.12.19-cu yarımbənddən “, habelə” sözü çıxarılsın;
6.25. 4.13-cü bəndin birinci və ikinci cümlələri müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab olunsun və aşağıdakı məzmunda birinci və ikinci cümlələr əlavə edilsin:
“Universitetin 4 (dörd) prorektoru vardır. Universitetin prorektorlarının sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.”;
6.26. 4.15-ci bəndin ikinci cümləsində “hər bir halda Universitetin rektorunun (prorektor istisna olmaqla) əmri ilə” sözləri “Universitet rektorunun əmri ilə (prorektorun təyin edilməsi istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
6.27. 4.16-cı bəndin birinci cümləsinə “zamanda” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan” sözləri əlavə edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
6.28. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.2. Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.”;
6.29. 5.12-ci bənddə “büdcədənkənar mənbələrdən” sözləri “bu Nümunəvi Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
6.30. 5.13-cü bəndin birinci cümləsində “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsi çıxarılsın;
6.31. 5.14-cü bənddə “büdcədənkənar mənbələrdən” sözləri “fəaliyyətindən” sözü ilə, “müəyyən etdiyi dövlət” sözləri “2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət” sözləri ilə, “istifadə qaydasına” sözləri“ (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na” sözləri ilə əvəz edilsin;
6.32. 5.15-ci bəndin ikinci cümləsində “dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir” sözləri “tənzimlənən qiymətlərə aid deyildir” sözləri ilə əvəz edilsin;
6.33. 6.7-ci bənddə “bölməsi yaradıldığı halda, Himayəçilər Şurası həmin bölmənin” sözləri “bölməsinin fəaliyyətinə Himayəçilər Şurası” sözləri ilə əvəz edilsin;
6.34. 8-ci hissədən “8.1.” rəqəmləri çıxarılsın.
7.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 356; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 186 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Əmək
Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
7.1. 3.2.10-cu yarımbəndə “müvafiq” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, o cümlədən” sözləri əlavə edilsin;
7.2. 4.5.6-cı yarımbənddən “törəmə” sözü çıxarılsın;
7.3. 4.5.16-cı yarımbənddə “əməkhaqqı fondunun və işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri “əməyin ödənişi fondunun və işçilərinin əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri ilə əvəz edilsin;
7.4. 4.11.2-ci və 4.11.10-cu yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
7.5.aşağıdakı məzmunda 5.4-1 -ci bənd əlavə edilsin:
“5.4-1. Observatoriyanın mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.”.
8.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 273 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1003) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 4.2.5-ci yarımbənddə “işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri “əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların  əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri ilə əvəz edilsin;
8.2. 4.8.5-ci və 4.8.8-ci yarımbəndlərdə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin.
9.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyul tarixli 274 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 1004) ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
9.1. 4.2.5-ci yarımbənddə “işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri “əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların  əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin)” sözləri ilə əvəz edilsin;
9.2. 4.8.5-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
9.3. 4.8.8-ci yarımbənddə “əməkhaqları” sözü “müəyyən edilmiş əməyin ödənişi fondu” sözləri ilə əvəz edilsin.
10.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 8 avqust tarixli 299 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2020, № 8, maddə 1116; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 186 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Peşə Təhsilinin İnkişafı  Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
10.1. 3.2.11-ci yarımbəndə “Nazirliyin” sözündən əvvəl “sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq,” sözləri əlavə edilsin;
10.2. 4.4.4-cü yarımbənddə “işçilərinin say həddinin və əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla” sözləri “əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), o cümlədən Fondun əldə etdiyi vəsait (dövlət  büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin” sözləri ilə əvəz edilsin;
10.3. 4.4.11-ci yarımbənddən “törəmə” sözü çıxarılsın;
10.4. 4.7.8-ci yarımbənddə “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
10.5. 4.7.9-cu yarımbənddə “əməkhaqlarının, əməkhaqlarına” sözləri “vəzifə maaşlarının, vəzifə maaşlarına” sözləri ilə, “əməkhaqqı” sözü “əməyin ödənişi” sözləri ilə əvəz edilsin;
10.6. 5.5-ci bənddən “və ya yerli büdcəyə” sözləri çıxarılsın.
11.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 6 iyun tarixli 223 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”nin 4.10.5-ci yarımbəndində ikinci halda “ştat cədvəlini” sözləri “xərclər smetasını” sözləri ilə əvəz edilsin.

 


Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 16 avqust 2022-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli və “Korrespondensiyaların və digər göndərişlərin qəbulu, qablaşdırılması, mühafizəsi və çatdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 12 fevral tarixli 47 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərarlar 2022-08-18 19:43:00