Xəzər rayonunda şəhid Elçin Əliməmmədovun xatirəsi anılıb
Bakı, 18 avqust, AZƏRTAC
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən Vətən oğullarından biri - şəhid Əliməmmədov Elçin Mehman oğlunun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qalib Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən, azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən danışıb, şəhidin ailəsinə səbir diləyiblər.
Sonra qəsəbənin Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Elçin Əliməmmədov 2020-ci il oktyabrın 7-də Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində gedin döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub