×
A
A
A
Sazlamalar

ABŞ-da yaşayan idmançımız UFC ilə müqavilə imzalayıb

Bakı, 18 avqust, AZƏRTAC
ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) mübarizə aparan azərbaycanlı idmançı Nazim Sadıxov nüfuzlu Ultimate Fighting Championship (UFC – Mütləq Döyüş Çempionatı) idman təşkilatı ilə müqavilə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müqavilə həftənin ikinci günü onun “Dana White's Contender Series 50” yarışında qələbəsindən sonra baş verib. Soydaşımız sözügedən yarışda Ahmad Həsənzadəyə qalib gəlib.
Qeyd edək ki, Nazim Sadıxovun ailəsi Bakıdan ABŞ-ın ən böyük meqapolisi hesab olunan Nyu-York şəhərinə köçüb. 28 yaşlı idmançı bu ilin martında Hyuston şəhərində keçirilən “Fury FC 59” yarışında mühüm qələbə qazanaraq, Texas ştatının çempionu olub. ABŞ-da qazandığı bütün qələbələrini tarixi vətəni olan Azərbaycana həsr edən soydaşımız hər yarışın sonunda üçrəngli bayrağımızı dalğalandırır.
Qeyd edək ki, Las-Veqasda yerləşən UFC qarışıq döyüş növü üzrə dünya miqyaslı yarışlar təşkil edir.

İdman 2022-08-18 19:11:00