×
A
A
A
Sazlamalar

Avqustun 18-də Azərbaycanda COVID-19 əleyhinə 1456 doza vaksin vurulub

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1456 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 222, ikinci doza vaksinlərin sayı 192, üç və daha çox doza vaksinlərin sayı 885, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 157-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 844 min 344, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 999, ikinci mərhələ üzrə 4 milyon 860 min 521, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 355 min 179, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 257 min 645-dir.

Səhiyyə 2022-08-18 19:02:00