×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun əsgəri güllə yarasından vəfat edib

Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mirzoev Elmar Elçin oğlu odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Ordu 2022-08-18 19:01:00