×
A
A
A
Sazlamalar

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 545 yoluxma faktı qeydə alınıb

Bakı, 18 avqust, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 545 yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 807 min 17 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 793 min 747 nəfər müalicə olunaraq sağalıb, 9 min 784 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 486 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 802, bu günə qədər isə ümumilikdə 7 milyon 110 min 178 test icra olunub.

Səhiyyə 2022-08-18 18:57:00