×
A
A
A
Sazlamalar

İslamiada: Karateçimiz İrina Zaretska finala yüksəlib

Konya, 18 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycan karateçisi İrina Zaretska Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşə vəsiqə qazanmaqla, ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, İrina Zaretska 2017-ci ildə Bakıda təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

İdman 2022-08-18 16:58:00