×
A
A
A
Sazlamalar

Kikboksçumuz Fərid Ağamoğlanov İslamiadada qızıl medal qazanıb

Konya, 18 avqust, Səxavət Quliyev, AZƏRTAC
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha bir qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Fərid Ağamoğlanov (Full kontakt 63,5 kq) İslamiadanın qalibi olub.
Finalda uduzan Camal Məmmədov (Full kontakt, 54 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, bununla da Azərbaycanın İslamiadada qazandığı qızıl medalların sayı 27-yə çatıb.

İdman 2022-08-18 16:12:00