×
A
A
A
Sazlamalar

® Gənclər “Bakcell”in dəstəyi ilə öz biznesini quracaq

“Bakcell” şirkəti “SOS Uşaq Kəndləri Azərbaycan” assosiasiyasının himayəsində yaşayan gənclərin iş imkanları və sahibkarlıq bacarıqlarının artırılmasına yönələn növbəti layihəyə dəstək göstərib. Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olan gənclərin sosial sahibkarlıq bacarıqlarının artırılması vasitəsilə əmək bazarına inteqrasiyasının təmin edilməsidir.

Layihədə iştirak etmək istəyən gənclər 6 komandaya bölünərək “Komandanın qurulması” (Team building), “Gənclərin iştirakçılığı” və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri mövzularında təlim və seminarlarda iştirak edib.
Qusar rayonunda “Sosial sahibkarlıq və biznesin qurulması” mövzusunda keçirilən 5 günlük düşərgədə gənclərə sosial sahibkarlıqla bağlı bilik və bacarıqlarını artırmaq üçün imkanlar yaradılıb. Növbəti mərhələdə onlar mentorların dəstəyilə öz biznes layihələrini hazırlayıb münsiflər heyətinə təqdim edəcək. Qalib elan olunan sosial sahibkarlıq layihələrini reallaşdırmaq üçün gənclərə maliyyə vəsaiti ayrılacaq.
Xatırladaq ki, “Bakcell” 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olan və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıq çərçivəsində Assosiasiyanın himayəsində böyüyən və digər internat müəssisələrindən məzun olan gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə həyata keçirilən “Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Gənc sahibkarlara dəstək üzrə ilin layihəsi” nominasiyası üzrə “Milli KSM Mükafatı 2018” mükafatına layiq görülüb.

İKT 2022-08-18 15:22:00