×
A
A
A
Sazlamalar

Hollivudun “Taleyin ironiyası” filminin treyleri dərc olunub

Bakı, 18 avqust, AZƏRTAC

MGM studiyası Eldar Ryazanovun “Taleyin ironiyası, yaxud həmişə təmizlikdə” tragikomediyasının Amerika remeyki olan About Fate (Tale haqqında) filminin treylerini buraxıb.
AZƏRTAC xəbər verir ki, çarx studiyanın yutub kanalında yerləşdirilib.
Komediyanı “Böyük şəhərdə məhəbbət” və “Yüngül təbiətli nənə” filmləri ilə tanınan rejissor Maryus Vaysberq ekranlaşdırıb. Süjetin mərkəzində iki yad insanın görüşü dayanır. Cavan oğlan sevgilisinə evlilik təklif etməyə hazırlaşır, qız isə bacısının toyu ərəfəsində tək qalır. Təsadüfən onlar eyni mənzildə görüşür və bir-birlərinə aşiq olurlar.
Filmdə rolları Emma Roberts, Tomas Mann, Harret Hedlunq, Britt Robertson ifa ediblər.
Ekran əsəri ABŞ-da sentyabrın 9-da prokata çıxarılacaq.

Mədəniyyət 2022-08-18 15:00:00