Görkəmli satirik şair Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunan tədbir təşkil olunub
Bakı, 18 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunan tədbir təşkil edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxana əməkdaşları tərəfindən şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Sonda iştirakçılar tərəfindən şairin bir sıra şeirləri səsləndirilib.
Bu gün Turizm İşçiləri Günüdür
Monenin indiyədək sərgilənməmiş rəsm əsəri 65 milyon dollara satıla bilər
UNESCO-da Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr edilmiş fotosərginin açılışı olub