×
A
A
A
Sazlamalar

Gədəbəy rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

Bakı, 18 avqust, AZƏRTAC

“Gədəbəy” AQPS-dən qidalanan “Novosaratovka Düzrəsullu” orta təzyiqli qaz xətlərinin kipliyə yoxlanılması səbəbindən bu gün qeyd olunan xətdə qaz təchizatı müvəqqəti dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, işlər aparılan zaman Gədəbəy şəhəri daxil olmaqla, rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Neft - qaz 2022-08-18 14:57:00