×
A
A
A
Sazlamalar

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib

Bakı, 18 avqust, AZƏRTAC

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün 882 namizəd qeydiyyatdan keçib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, onlardan 282 nəfəri oğlan, 600 nəfəri qızdır. 745 namizəd Azərbaycan bölməsinin, 137 namizəd rus bölməsinin, 369 namizəd cari ilin, 513 namizəd isə əvvəlki illərin məzunudur, 6 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 856, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.
Xatırladaq ki, avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Elm və təhsil 2022-08-18 14:53:00