“Mehmandarovlar” filminin çəkilişləri başa çatıb
Bakı, 18 avqust, AZƏRTAC
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında növbəti filmin çəkilişləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Mehmandarovlar sülaləsindən bəhs edən bədii-sənədli filmin rejissoru Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifləri isə Y.Rzayevlə birgə tədqiqatçı-alim Vasif Quliyevdir.
7 hissədən ibarət olan filmin əsas qəhrəmanı, nəslin parlaq üzvlərindən biri olan Mustafa bəy Mehmandarovdur. Filmdə kadrarxası səsin qəhrəmana ünvanladığı suallar və cavablar həm də dövrün ictimai-siyasi mənzərəsini ekrana gətirir.
Filmin çəkilişləri kinostudiyanın pavilyonunda və Şuşa şəhərində aparılıb. Mehmandarovlar nəslinin davamçıları çəkiliş prosesi zamanı Şuşada Mehmandarovlar malikanəsini ziyarət ediblər.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan film ilin sonuna qədər geniş tamaşaçı auditoriyasına nümayiş olunacaq.
Musiqili Teatrda Qazaxıstan Mədəniyyət Günləri çərçivəsində "Qaragöz" tamaşası nümayiş olunub
Filarmoniyasında Mariya Kallasın 100 illiyinə həsr olunmuş konsert keçirilib
Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunub
Gəncə Dövlət Filarmoniyasında ilk layihə təqdim olunub
Aşqabadda keçirilən “Qış Milli Mətbəx Xeyriyyə Festival”ında Azərbaycan da təmsil olunub