×
A
A
A
Sazlamalar

Robert De Niro bir filmdə iki mafiya başçısının obrazını canlandıracaq

Bakı, 18 avqust, AZƏRTAC

“Warner Bros.” kino şirkətinin “Ağıllılar" adlı qanqster dramında Hollivud əfsanəsi Robert De Niro eyni anda iki rol canlandıracaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, mafiyadan bəhs edən filmin rejissoru Barri Levinson, ssenari müəllifi isə Nikolas Pileci olacaq.
Layihənin özəlliyi ondan ibarətdir ki, Robert De Niro bu filmdə eyni anda iki əsas obrazı canlandıracaq.
“Ağıllılar” filmində 20-ci əsrin ortalarında öz mafioz qruplaşmalarını idarə edən italyan-amerikalı kriminal avtoritetlər Vito Cenovese və Franke Kostellonun hekayəsindən bəhs edilir. 1957-ci ildə V.Cenovese F.Kostelloya sui-qəsd etməyə cəhd edir və nəticədə plan uğursuz alınır və o, yaralanır.
Qeyd edək ki, Hollivud əfsanəsi Robert De Niro üçün “Ağıllılar” filmi onu ulduz edən bu janra yenidən qayıdışıdır. “Xaç atası 2”, “Bir zamanlar Amerikada” və “Kazino” kimi kriminal filmlərdə o, aktyor oyununun özünəməxsusluğu ilə seçilib. Onun ən son işləri arasında “Coker”, “İrlandiyalı” və "Ay çiçəyi qatilləri" filmləri də yer alır.

Mədəniyyət 2022-08-18 13:47:00