×
A
A
A
Sazlamalar

Samux Ovçuluq Təsərrüfatının ərazisində balıq ovlayanlar saxlanılıblar

Bakı, 18 avqust, AZƏRTAC

Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ovçuluq təsərrüfatının ərazisində balıq ovu edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva AZƏRTAC-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Yevlax rayon sakinləri Əhəd Səmədov, Elşən Binnətov və Taleh Mahmudov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ekologiya 2022-08-18 13:27:00