×
A
A
A
Sazlamalar

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 18 avqust, AZƏRTAC

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, binanın birinci və ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 kvadratmetr olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 kvadratmetr sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, 50 kvadratmetr sahədə ərzaq malları və 4 ədəd kondisioner yanıb. Yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mağazanın qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-08-18 08:56:00