×
A
A
A
Sazlamalar

İslamiadanın son günündə idmançılarımız karate, kikboksinq və idman gimnastikası üzrə mübarizə aparacaqlar

Konya, 18 avqust, Səxavət Quliyev, AZƏRTAC

Avqustun 18-də Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının son gününün yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan təmsilçiləri idman gimnastikası, kikboksinq, karate növlərində mübarizə aparacaqlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarının ötən günləri ərzində Azərbaycan komandası 85 medal qazanıb. Onlardan 26-sı qızıl, 30-u gümüş, 29-u bürünc medallardır. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədədir.
Oyunlarda Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla ilk 3 pilləni tuturlar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

İdman 2022-08-18 08:03:00