Xarkov şəhərinin atəşə tutulması nəticəsində ölən və yaralananlar var
Kiyev, 18 avqust, AZƏRTAC
Xarkov şəhərinin Saltovski rayonunun atəşə tutulması nəticəsində azı 7 nəfər həlak olub, 13 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O qeyd edib ki, Xarkovun yaşayış infrastrukturu yenidən atəşə tutulub və nəticədə genişmiqyaslı yanğın baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayış nəticəsində həlak olan və yaralananların sayının artacağı gözlənilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
BMT: Fransa müstəmləkələri müstəmləkəçiliyə son qoymağı tələb edirlər
Kaledoniyalılar arzularını reallaşdırmaq üçün müstəqillik tərəfdarını senator seçdilər
İtaliya Senatında Corcio Napolitano üçün cənazə otağı açılıb
Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub