×
A
A
A
Sazlamalar

İsrail Prezidenti Türkiyə ilə qarşılıqlı səfir təyinatı barədə razılıqdan məmnunluğunu ifadə edib

Ankara, 17 avqust, AZƏRTAC

İsrail Prezidenti İsxak Hersoq ölkəsi ilə Türkiyə arasında diplomatik münasibətlərin normallaşdırılması prosesinin yüksək səviyyəyə çatmasından məmnunluğunu ifadə edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İsrailin dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Prezident İsxak Hersoq sülh içində bir arada yaşamağın mümkünlüyünü və vacibliyini vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərarın qəbul edildiyini bildirib.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-08-17 23:54:00