×
A
A
A
Sazlamalar

Sərdar Fərəcov: Müslüm Maqomayevin qazandığı şöhrət hər musiqiçiyə qismət olmur

Bakı, 17 avqust, Emil Məlikov, AZƏRTAC
Bu gün dahi musiqiçi Müslüm Maqomayevin anadan olmasının 80 illiyi tamam olur. O, Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov Müslüm Maqomayevin anım mərasimində bildirib.
Dahi sənətkarın gənclik illərindən böyük şöhrət qazandığını vurğulayan S.Fərəcov deyib: "Onda olan fitri istedad, qeyri-adi səs tembri və Azərbaycan musiqi sənəti ilə sıx bağlılıq elə bir zirvəyə çatdı ki, dahi sənətkarın yaratdığı və ifa etdiyi hər bir musiqi əsəri milyonlarla insanın qəlbini fəth etdi. M.Maqomayevin qazandığı şöhrət hər musiqiçiyə qismət olmur. Hətta o vaxtlar məktəbli olduğumuz zamanlarda bizdən cəmi 10-15 yaş böyük olan sənətkar artıq dünyaşöhrətli musiqiçi idi. Biz onunla həmişə qürur duymuşuq. O da həmişə azərbaycanlı olması ilə fəxr edib. Onun əvəzolunmaz yaradıcılığından gələcək nəsillər hər zaman faydalanacaq", - deyə S.Fərəcov vurğulayıb.

Mədəniyyət 2022-08-17 23:11:00