×
A
A
A
Sazlamalar

Güləşçimiz dünya çempionu tituluna sahib olub

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycanın daha bir sərbəst güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, komandamızın üzvü Cəbrayıl Qadjiyev (74 kq) finalda yaponiyalı Ryunosuke Kamiyaya "tuşe" ilə qalib gələrək dünya çempionu titulunu qazanıb.
Qeyd edək ki, bundan əvvəl sərbəst güləşçilərdən Kənan Heybətov (70 kq) qızıl, Zirəddin Bayramov (65 kq) isə gümüş medal əldə ediblər.

İdman 2022-08-17 22:43:00