×
A
A
A
Sazlamalar

“Narkomaniya və gənclik” adlı sərgi-söhbət təşkil olunub

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Narkomaniya və gənclik” adlı sərgi-söhbət təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, hər zaman aktual mövzu olan narkomaniya haqqında il ərzində kitabxanada müxtəlif tədbirlər həyata keçirilir və sərgilər hazırlanır. Növbəti tədbirlərdən biri gəncləri maarifləndirmək üçün nəzərdə tutulmuş sərgi-söhbətdir.
Filialın əməkdaşı Aytən Məmmədova narkomaniyanın cəmiyyətə mənfi təsirindən, həmçinin onun nəticəsi olaraq yarım qalan gənc ömürlərdən söhbət açıb. O bildirib ki, narkomaniyaya qarşı mübarizə tədbirlərinin genişləndirilməsi üçün ən doğru yol çoxsaylı tövsiyə xarakterli metodiki vəsaitlərin hazırlanması, eləcə də məktəb və ali təhsil müəssisələrində geniş məlumatlar verilməsi mütləqdir.
Qeyd edək ki, söhbət zamanı, kitabxana əməkdaşı Dilşad Əliyeva iştirakçılara sağlam həyat və parlaq gələcək naminə hər zaman özlərini və ətraflarını sərhədsiz fəlakətlərə yol açan narkomaniyadan qorumağı və bu yoldan uzaq olmağı tövsiyə edib.
Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar sərgi ilə tanış olublar.

Mədəniyyət 2022-08-17 17:40:00