Avqustun 17-də Azərbaycanda COVID-19 əleyhinə 1791 doza vaksin vurulub
Bakı, 17 avqust, AZƏRTAC
Avqustun 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1791 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 301, ikinci doza vaksinlərin sayı 261, üç və daha çox doza vaksinlərin sayı 1057, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 172-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 842 min 888, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 370 min 777, ikinci mərhələ üzrə 4 milyon 860 min 329, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 354 min 294, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 257 min 488-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar