×
A
A
A
Sazlamalar

Ağdaşda tərəvəz məhsulları istehsalı artıb

Ağdaş 17 avqust, AZƏRTAC

Ağdaş rayonunda cari ilin yeddi ayında tərəvəz məhsulları istehsalında ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artım olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin məhsulu üçün 1215,5 hektarda tərəvəz bitkiləri əkilib. Yanvar-iyul aylarında sahələrdən 27 min 292,2 ton məhsul yığılıb ki, bu da keçən ilin müvafiq dövründəkindən 3437,5 ton çoxdur. Bu il kartof istehsalında da artım olub. Belə ki, 198,6 hektar sahədən 1941,3 ton kartof götürülüb, bu göstərici ötən ildəkindən 6,3 ton artıqdır. İlin yeddi ayında, habelə 220 hektardan 2238,3 ton bostan məhsulları istehsal edilib. Hər hektardan orta məhsuldarlıq tərəvəz bitkiləri üzrə 232,5 sentner, kartof üzrə 97,8 sentner, bostan bitkiləri üzrə 103,5 sentner olub.

Kənd təsərrüfatı 2022-08-17 11:35:00