×
A
A
A
Sazlamalar

Baş Prokurorluq: Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakı, 17 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Nəsimi rayonun 3-cü Alatava ərazisində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürülmə faktı ilə bağlı KİV-dən daxil olan sorğulara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 15-də paytaxtın Nəsimi rayonunun 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunub. Cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə 2022-08-17 10:19:00