×
A
A
A
Sazlamalar

"YARAT"da “Orkestrin məşqi” adlı film nümayiş olunacaq

Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 20-də "YARAT” Film Klubu çərçivəsində “Artım” layihə məkanında Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə psevdosənədli film formasında lentə alınan italiyalı rejissor Federiko Fellininin “Orkestrin məşqi” adlı ekran əsərinin nümayişi olacaq.
AZƏRTAC xəbər verir ki, film simfonik orkestrin məşqindən əvvəl musiqiçilərin televiziyanın çəkiliş qrupuna necə müsahibə verməsindən bəhs edir.
Qeyd edək ki, nümayişin sonunda Şərqi Avropa Psixoanaliz İnstitutunun məzunu, Qərbi Kaspi Universitetinin psixoanaliz müəllimi, həmçinin lisenziyalı mütəxəssis və Avropa Psixoanalitik Psixoterapiya Konfederasiyasının İdarə heyətinin üzvü Fariz Səmədov ilə “Kino və psixoanaliz” mövzusunda açıq müzakirə aparılacaq.

Mədəniyyət 2022-08-17 00:21:00