×
A
A
A
Sazlamalar

“KFC” restoranlar şəbəkəsi Bosniya və Herseqovinada ilk filialını açıb

Sarayevo, 16 avqust, AZƏRTAC

“Kentucky Fried Chicken” (“KFC”) restoranlar şəbəkəsi Bosniya və Herseqovinada ilk filialını paytaxt Sarayevoda açıb.
AZƏRTAC xəbər verir ki, restoran paytaxtın “Sarajevo City Center” (SCC) ticarət mərkəzində açılıb.
Dünya üzrə 20 mindən çox filialı olan “KFC” hər gün 10 milyondan çox müştəriyə xidmət göstərir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2022-08-16 23:55:00