×
A
A
A
Sazlamalar

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi yarımfinala çıxıb

Konya, 16 avqust, AZƏRTAC

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, yığma yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb. Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb.
Qeyd edək ki, milli komandanın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.45-də başlayacaq.

İdman 2022-08-16 21:33:00