×
A
A
A
Sazlamalar

Azərbaycanın futbol yığması bürünc medal ilə mükafatlandırılıb

Konya, 16 avqust, AZƏRTAC
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan futbol üzrə Azərbaycan milli komandası mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu kollektivə bürünc medalla təqdim olunub.
Finalda Səudiyyə Ərəbistanına 1:0 hesabı ilə qalib gələn Türkiyə yığmasına qızıl medalları gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu verib. Digər finalçı isə gümüş medallara layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi 3-cü yer uğrunda oyunda Əlcəzairi məğlub edib.

İdman 2022-08-16 21:14:00