ABŞ-ın birinci xanımı koronavirusa yoluxub
Bakı, 16 avqust, AZƏRTAC
ABŞ Prezidentinin həyat yoldaşı Cill Bayden COVID-19 virusuna yoluxub.
AZƏRTAC Amerika telekanallarına istinadla xəbər verir ki, bu barədə birinci xanımın kommunikasiyalar üzrə direktoru Elizabet Aleksander məlumat verib. Onun sözlərinə görə, Cill Baydendə xəstəliyin yüngül simptomları hiss olunur. Birinci xanım Cənubi Karolinadakı iqamətgahında azı beş gün təcrid rejimində qalacaq və Ağ evə yalnız testin iki mənfi nəticəsini aldıqdan sonra qayıdacaq. Onun müalicə kursu Paxlovid preparatı ilə aparılacaq.
Aleksander xatırladıb ki, Cill Bayden koronavirusa qarşı tam vaksinasiya olunub, həmçinin iki dəfə buster peyvəndi etdirib.
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden də koronavirusa yoluxmuşdu.
Yens Stoltenberq İsveçin NATO-ya üzvlüyünü müzakirə etmək üçün Türkiyəyə gedəcək
İsveç NATO-ya üzvlük üçün Türkiyənin tələblərini yerinə yetirdiyini bildirib
Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitinə gəlib
Kim Çen Inın bacısı: Şimali Koreya tezliklə kəşfiyyat peykini orbitə çıxaracaq