×
A
A
A
Sazlamalar

Malayziyanın Kralı Türkiyədə rəsmi səfərdədir

İstanbul, 16 avqust, AZƏRTAC

Malayziyanın Kralı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah Türkiyədə rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, Malayziya Kralının Türkiyəyə səfəri Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.
Səfərlə bağlı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə ilə Malayziya arasında dostluq, qarşılıqlı etimad və xalqların mənafeyi əsasında sürətlə inkişaf edən əlaqələr kontekstində yüksək səviyyəli təmaslar geniş vüsət alıb. Bu çərçivədə ötən ilin iyulunda Malayziyanın Baş naziri İsmail Sabri Yaakob Türkiyəyə səfər edib və həmin vaxtdan ölkələr arasındakı əlaqələr “hərtərəfli strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılıb.
Qeyd edilib ki, bu, təxminən 30 il sonra ölkə başçısı səviyyəsində Malayziyadan Türkiyəyə edilən ilk səfərdir.
Səfər avqustun 21-dək davam edəcək.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-08-16 19:41:00