Xalq artisti Eldar Mansurovun 70 illik yubileyi möhtəşəm konsert proqramı ilə qeyd ediləcək
Bakı, 16 avqust, AZƏRTAC
Oktyabrın 2-də Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər. İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Yubileydə bəstəkarın unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melody”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” və s. əsərləri səslənəcək.
Qeyd edək ki, yubiley konsertinin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək mümkündür.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir