×
A
A
A
Sazlamalar

Ağsuda gənclər üçün təşkil olunan yay düşərgəsi uğurla yekunlaşıb

Ağsu, 16 avqust, AZƏRTAC

Ağsuda gənclər üçün təşkil olunan yay düşərgəsi uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən düşərgədə "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğuna ekskursiya təşkil edilib. Ekskursiya zamanı gənclər rayonun tarixi haqqında ətraflı məlumat əldə edib, müxtəlif mədəniyyət nümunələri ilə tanış olublar.
Yay düşərgəsi çərçivəsində iştirakçılara "Gənclərin ictimai iştirakçılığı" mövzusunda təlim keçirilib. Düşərgədə çadır qurulması barədə bilgilər verilib, habelə əyləncəli oyunlar və enercayzerlər təşkil olunub.
Qeyd edək ki, yay düşərgəsi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyinin və Ağsu Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub.

Regionlar 2022-08-16 18:38:00