×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada Bəxtiyar Vahabzadənin 97 illiyi münasibətilə kitab sərgisi keçirilir

Bakı, 16 avqust, AZƏRTAC
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şair Bəxtiyar Vahabzadənin 97 illiyinə həsr olunmuş sərgi nümayiş olunur.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, sərgidə Bəxtiyar Vahabzadənin 9 cilddən ibarət “Əsərləri”, “Seçilmiş əsərləri”, “Sandıqdan səslər”, “İstiqlal”, “Ədəbi düşüncələr” və digər nəşrləri nümayiş olunur.
Sərgi iki həftə davam edəcək.

Elm və təhsil 2022-08-16 18:11:00